NƏQLİYYAT

Hava limanı böyük tətilə hazırlaşır
05 AVQUST
135

Hava limanı böyük tətilə hazırlaşır

2019-08-05 16:15:00

Londonun Hitrou hava limanında avqustun 5–6-da 180 reys təxirə salınacaq.

Fins.az-ın verdiyi xəbərə görə, bu, işçilərin əvvəlcədən planlaşdırdıqları tətillə bağlıdır.

Tətilçilər öz maaşlarından narazıdırlar. Bu sırada həmkarlar təşkilatına daxil olan təhlükəsizik xidməti, yanğınsöndürmə işçiləri, yanğınsöndürənlər və mühəndislər də var. Onlar hava limanının rəhbərliyindən etiraz edirlər.

Həmkarlar təşkilatı öz növbəsində işçilərin maaşlarının 7,3% artırılması ilə razılaşmayıb və bunun kifayət etmədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır