NƏQLİYYAT

Azərbaycana Gürcüstandan yük maşınlarının idxalı 2,3 dəfə artıb
19 İYUL
179

Azərbaycana Gürcüstandan yük maşınlarının idxalı 2,3 dəfə artıb

2019-07-19 18:05:00

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 720 ədəd yük maşını idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən alınan yük maşınlarının ümumi dəyəri 4 mln. 862,5 min dollar təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 408 ədəd və ya 2,3 dəfə çoxdur.

Ötən ilin birinci yarısında Azərbaycan Gürcüstandan 2 mln. 123,3 min dollar dəyərində 312 ədəd yük maşını idxal edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır