NƏQLİYYAT

Rusiyadan alınan 10 vaqon Bakıya yola düşüb
04 İYUN
342

Rusiyadan alınan 10 vaqon Bakıya yola düşüb

2019-06-04 15:18:00

Bu gün Moskvadan Bakıya ən müasir - 4-cü nəslə aid 10 vaqon yola salınıb.

Fins.az xəbər verir ki, Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinə daxil olan “Metrovaqonmaş” zavodunda baş tutan tədbirdə çıxış edən rəsmilər, “Metrovaqonmaş”ın baş direktoru Kirill Lipa Rusiya məhsullarına Azərbaycanın marağını qeyd edərək, Rusiya şirkətinə etibara görə Azərbaycana təşəkkür edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Azərbaycanın Rusiya ilə hərtərəfli əməkdaşlığının olduğunu bildirib. Qeyd edib ki, zavod Azərbaycana keyfiyyətli məhsul təqdim edir.

Tədbir mükafatların verilməsi ilə davam edib.

Yeni model vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Müqayisə üçün qeyd edək ki, müasir 81-765.Б/766.Б qatarlarında yeni qapı sistemləri, qatar boyunca vaqoları birləşdirən daxili açıq keçidlər və qapıların açıb bağlanmasında istifadə olunan yeni işıq sistemləri istifadə olunur. Həmçinin, yeni dizayn yaxşı səs və istilik izolyasiyasına malik olmaqla yanaşı, vaqonlar kondisioner və ventilyasiya, sərnişinlərin elektron cihazların doldurulması üçün sistemlərlə də təchiz olunub. Əsas salonlarda isə əlil arabaları və velosipedlər üçün yerlər də var. Bakı qatarları üçün orijinal rəngli qrafik sxemi hazırlannıb, farların dizaynı dəyişdirilib, yerli şəraitə uyğunlaşdırılmış informasiya sistemi yaradılıb.

Qeyd edək ki, müəssisə 1967-ci ildən "Bakı Metropoliteni"ni qatarla təmin edir. Hazırda Bakı metrosunda “Metrovaqonmaş”da istehsal olunmuş 300-dək vaqon hərəkət edir. Bu il "Metrovaqonmaş” şirkətindən ümumilikdə 30ədəd vaqon alınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır