NƏQLİYYAT

Dörd ayda dəmir yolu ilə 1 mln. sərnişin daşınıb
20 MAY
161

Dörd ayda dəmir yolu ilə 1 mln. sərnişin daşınıb

2019-05-20 09:45:00

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-aprel ayıları ərzində 4,7 mln. ton yük, 1,0 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 5,5%, sərnişin daşınmasında isə 19,9% artım müşahidə olunub.

Orta hesabla sutkada 269 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 10,4 min ton, Qərb istiqaməti üzrə 4,3 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263