MÜSAHİBƏ

Azərbaycanın sığorta bazarı spesifikdir - İlkin İbrahimovun MÜSAHİBƏSİ
26 İYUN
999

Azərbaycanın sığorta bazarı spesifikdir - İlkin İbrahimovun MÜSAHİBƏSİ

2019-06-26 10:49:00

Sığorta eksperti İlkin İbrahimov Fins.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

Hazırda ölkədə ən çox tələbat sığortanın hansı növünədi?

Hazırda ölkədə ən çox tələbat görən sığorta növləri-məcburi xarakter daşıyan sığorta növləridir. Xüsusilə də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasına tələbat xeyli çoxalıb.

Azərbaycanda sığorta bazarını necə qiymətləndirirsiniz?

Ölkəmizin sığorta bazarı dinamikdir və yüksələn xətt üzrə inkişaf etməkdədir. Növbəti illərdəki inkişaf prespektivi olan sığorta növləri İcbari tibbi sığorta və aqrar sığorta olacaq.

Ötən illərlə müqayisədə sığorta bazarımız inkişaf edib ya geriləyib? Əgər inkişaf və ya geriləyibsə bu hansı sahələrdədi?

Ötən illə müqayisədə yəni 3 aylıq statistikaya baxanda sığorta bazarı inkişaf edib. Reallığa baxanda həyat sığortasına tətbiq edilən məhdudiyyətlər sığortanın inkişafını ləngidir. Yığımlardakı inkişafı sığorta ödənişlərinə aid etmək olmur. Ödənişlərdə problemlər və həllində süründürməçiliklər yenə də qalmaqdadır. Xüsusi ilə əmlak sığortasında ödənişlər məsələsi yenə də problem olaraq qalır.

Azərbaycanın sığorta bazarını hansı ölkənin sığorta bazarına bənzətmək olar?

Azərbaycanın sığorta bazarı spesifikdir. Azərbaycanın sığorta bazarı əvvəllər adətən Rusiya bazarı ilə müqayisə olunurdusa, indi icbari tibbi sığorta və aqrar sığortaların tətbiqindən sonra Türkiyəyə daha çox bənzəməyə başlayacaq.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır