MÜSABİQƏ

Baş "Şeytan"a iki oyunluq vaxt verilib
09 OKTYABR
268

Baş "Şeytan"a iki oyunluq vaxt verilib

2019-10-09 16:44:00

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Ule-Qunnar Sulşerə iki oyunluq vaxt verib.

Fins.az xəbər verir ki, 46 yaşlı norveçli mütəxəssis Premyer Liqanın növbəti iki turunda vəziyyəti düzəltməli, onun rəhbərlik etdiyi kollektiv müsbət nəticələr qazanmalıdır. “Mançester Yunayted” oktyabrın 20-də lider “Liverpul”u qəbul edəcəyi halda, bir həftə sonra autsayder “Norviç”in qonağı olacaq. Qeyd edək ki, “Mançester Yunayted” 8 turdan sonra 9 xalla 12-ci sıradadır və liderdən 12 xal geri qalır. Komandanı düşmə zonasından 2 xal ayırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır