MÜSABİQƏ

Teymur Rəcəbov İlham Əliyevə və Mehriban xanıma təşəkkür edib - FOTO
08 OKTYABR
411

Teymur Rəcəbov İlham Əliyevə və Mehriban xanıma təşəkkür edib - FOTO

2019-10-08 10:29:00

Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov qələbə münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Qrossmeyster şəxsi “Instagram” hesabında paylaşdığı təşəkkür mesajında bildirib: “Xoş sözlərə və məni bu nailiyyətimdən ötrü təbrik etdiyinə görə Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim bu oyunum və qələbəm həmvətənlərimi qürurlandırmaq və onlara ağlasığmaz olanın belə mümkünlüyünü göstərməkdən başqa bir şey deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır