MÜSABİQƏ

Qarabağ-ın futbolçusu həftənin rəmzi komandasına düşdü
04 OKTYABR
179

Qarabağ-ın futbolçusu həftənin rəmzi komandasına düşdü

2019-10-04 13:54:00

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin komandası açıqlanıb.

Fins.az xəbər verir ki, “11-lik”də Qarabağ-ın Düdelange səfərdə 4:1 hesabı ilə məğlub etdiyi oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənən yarımmüdafiəçi Dani Kintana da yer alıb. Ağdam komandasının digər qollarını Abdullah Zubir, Miçel və Riçard Almeyda vurublar.

Qapıçı: Plamen İliev (Ludogorets, Bolqarıstan)

Müdafiəçilər: Boli Bolinqoli (Celtic, Şotlandiya), Rafael Forster (Ludogorets, Bolqarıstan), Evan N Dika (Eintracht, Almaniya), Kiran Tirni (Arsenal, İngiltərə)

Yarımmüdafiəçilər: Məhəmməd Elyunussi (Celtic, Şotlandiya), Dani Kintana (Qarabağ, Azərbaycan), Brune Fernandeş (Sporting, Portuqaliya), Qabriel Martinelli (Arsenal, İngiltərə)

Hücumçular: Doniell Malen (PSV, Hollandiya), Umar Sadiq (Partizan, Serbiya)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır