MÜSABİQƏ

Qarabağ 3 xalı 4 qolla qazandı
04 OKTYABR
139

Qarabağ 3 xalı 4 qolla qazandı

2019-10-04 10:24:00

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.

Goal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Qarabağ da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda Düdelange-ın qonağı olub və 4:1 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda Sevilla APOEL-i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası birinci turda Bakıda Sevilla-ya uduzmuşdu - 0:3.

A qrupu

Düdelange (Lüksemburq) - Qarabağ (Azərbaycan) - 1:4

Qollar: Abdullah Zubir, 11 (0:1), Miçel, 31 (0:2), Almeyda, 38-pen (0:3), Dani Kintana, 69 (0:4), Bernier, 90 (1:4)

Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır