MÜSABİQƏ

“Qarabağ” ilk qələbəsini qazanmaq üçün Lüksemburq çempionu ilə üz-üzə
03 OKTYABR
160

“Qarabağ” ilk qələbəsini qazanmaq üçün Lüksemburq çempionu ilə üz-üzə

2019-10-03 13:09:00

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. 

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburq çempionu “F91 Düdelanj”la üz-üzə gələcək. Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, “Qarabağ” ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”ya uduzubsa (0:3), “F91 Düdelanj” səfərdə Kipr APOEL-inə qalib gəlib – 4:3. 

Bu görüşdə “Qarabağ”ın heyətində ispaniyalı futbolçu Xayme Romero oynamayacaq. Azərbaycan Premyer Liqasının V turunun “Zirə” ilə oyununda çiyin bağlarından biri qırıldığı üçün ölkəsinə göndərilmiş Xaymeni bu matçda həmyerlisi Dani Kintananın əvəzləyəcəyi gözlənilir. 

A qrupu
23:00 “F91 Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
23:00 “Sevilya” (İspaniya) – APOEL (Kipr)

Turnir cədvəli
Sevilya – 3
F91 Düdelanj – 3
APOEL – 0
Qarabağ – 0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır