MÜSABİQƏ

Təyyarə qəzasında həlak olan futbolçu ilə bağlı FİFA-nın QƏRARI
01 OKTYABR
283

Təyyarə qəzasında həlak olan futbolçu ilə bağlı FİFA-nın QƏRARI

2019-10-01 15:50:00

İngiltərə Premyer Liqasında çıxış edən Uelsin Cardiff City klubu təyyarə qəzasında həlak olan Emiliano Salanın transferi üçün Fransanın Nantes klubuna 5,3 milyon funt sterlinq ödəməli olacaq.

Fins.az xəbər verir ki, bununla bağlı FIFA qərar çıxardıb. Cardiff City transfer məbləğini 3 dəfəyə ödəməyə və bu ilin fevralında 5 milyon funt strelinq verməyə razı olsa da, sonradan klub rəhbərliyi fikrini dəyişib.

Bundan sonra "Nantes" ali futbol qurumuna şikayət edib.

Qeyd edək ki, Emiliano Sala Cardiff City-ə qış transfer dövründə Nantes-dan 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Argentinalı forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır