MÜSABİQƏ

Ronaldodan yeni antirekord
30 SENTYABR
162

Ronaldodan yeni antirekord

2019-09-30 10:35:00

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo yeni antirekorda imza atıb. O, “A” Seriyasında cərimə zərbələrindən ən çox uğursuz istifadə edən ikinci futbolçu olub.

Belə ki, futbolçu 18 cərimə zərbəsinin heç birini qola çevirə bilməyib. Komandanın baş məşqçisi Maurisio Sarrinin bundan sonra cərimə zərbələrini Ronaldoya yox, Miralem Pyaniçə həvalə edəcəyi deyilir.

Qeyd olunur ki, “A” Seriyasında bu antirekorda görə birinci yeri cərimə zərbəsini 24 dəfə uğursuz yerinə yetirən “Frosinone”nun futbolçusu Kamillo Siano tutur. Xəbəri “Futbol.ua” verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır