MÜSABİQƏ

Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18 SENTYABR
281

Mariya Stadnik ikinci dəfə dünya çempionu olub

2019-09-18 16:59:00

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kq çəki dərəcəsində dünya çempionu olub. 

Fins.az xəbər verir ki, o, həlledici görüşdə rumıniyalı Emiliya Alina Vuçu ilə görüşüb. 

İlk hissəni 5:0 hesabı ilə irəlidə bitirən M.Stadnik yekunda rəqibinə göz açmağa imkan verməyib: 13:0.

Bununla da M.Stadnik ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, yeddiqat Avropa çempionu olan Stadnik dünya çempionatında ilk dəfə 2009-cu ildə qızıl medal qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır