MÜSABİQƏ

Həbibin növbəti rəqibi müəyyənləşdi
12 SENTYABR
265

Həbibin növbəti rəqibi müəyyənləşdi

2019-09-12 10:28:00

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun növbəti rəqibinin adı açıqlanıb.

Fins.az xəbər verir ki, bu, kanadalı Jorj San-Pyerdir. Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz məlumat verib: “Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridir. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək”. Menecerin sözlərinə görə, Həbibin bu görüşü 2019-cu ilin sonunadək ola bilər. Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastun Puaryeni məğlub edərək yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır