MÜSABİQƏ

Xorvatiyalı müdafiəçi: "Azərbaycan millisinin sıfır xalının olması..."
09 SENTYABR
342

Xorvatiyalı müdafiəçi: "Azərbaycan millisinin sıfır xalının olması..."

2019-09-09 14:55:00

"Hazırlığa çox vaxtımız olmayıb. Rəqibin son matçını təhlil etmişik. Bu gün oyunöncəsi məşqə çıxacağıq".

Fins.az-ın məlumatına görə, Bunları Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib. Bu barədə Report yazıb. 

Türkiyənin "Beşiktaş" klubunda çıxış edən mərkəz müdafiəçisi bildirib ki, Bakıya qələbə qazanmaq üçün gəliblər: "Bir neçə il öncə bu rəqiblə qolsuz heç-heçə etmişdik. Bu il Zaqrebdə 2:1 hesabı ilə qalib gəldiyimiz oyunda da çətinlik çəkdik. Azərbaycan millisinin sıfır xalının olması komandanın real səviyyəsini göstərmir. Sabah maksimum dərəcədə yaxşı oynamalıyıq. Uelsə və Slovakiyaya qarşı kimi oynaya bilsək, müsbət nəticə qazanacağıq. Rəqib sürprizə imza ata bilərmi? Hazırda dünya reytinqində 2-ci yerdəyik, bura qələbə qazanmaq üçün gəlmişik. Ancaq rəqibə də hörmətlə yanaşırıq. Dünya çempionatında sonra ən yaxşı oyunumuzu bir neçə gün öncə Slovakiyaya keçirməyimiz fikri ilə razıyam. Amma biz keçmişlə yaşamamalıyıq". Vidanın sözlərinə görə, Uelsin Azərbaycanı 2:1 hesabı ilə məğlub etdiyi görüşü tam izləməyiblər: "Müəyyən epizodlara baxdıq. Azərbaycan millisinin bəxtinin gətirmədiyini söyləyə bilərəm. Biz ilk növbədə öz oyunumuza köklənməliyik. Hələ Avropa çempionatına çox vaxt var. Bakı gözəl şəhərdir. AVRO-2020-yə vəsiqə qazanandan sonra qrup matçlarımızı burda keçirmək barədə düşünə bilərik". Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır