MÜSABİQƏ

Futbolçunu klubda qız üstündə döydülər - FOTO
09 SENTYABR
289

Futbolçunu klubda qız üstündə döydülər - FOTO

2019-09-09 11:28:00

"Çelsi"nin "Bernli"yə icarəyə verdiyi Denni Drinkuoter döyülüb.Fins.az xəbər verir ki, hadisə Mançesterdəki gecə klublarının birinin qarşısında baş verib. Bu barədə "The Sun" nəşri məlumat yayıb. Belə ki, sərxoş vəziyyətdə olan Denni Drinkuoter "Skantorp Yunayted”in futbolçusu Krosi Ntlenin sevgilisinə sataşıb. O, həmkarına "Sənin sevgilin mənimlə evimə getməlidi" deyib. Krosi Ntle onları narahat etməməyi tələb etsə də, Denni Drinkuoter ona hücum edib. Bundan sonra mühafizəçilər onu gecə klubundan çıxarıb. Çöldə isə 6 nəfər Denni Drinkuoterə hücum edərək onu döyüblər. Futbolçunun üzündə, çiyinlərində və gözünün altında qançır yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır