MÜSABİQƏ

Türkiyə finalda uduzdu - Qalib komanda Avropa çempionu oldular
09 SENTYABR
247

Türkiyə finalda uduzdu - Qalib komanda Avropa çempionu oldular

2019-09-09 11:16:00

Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

Fins.az-ın məlumatına görə, final oyununda Türkiyə ilə son Avropa çempionu Serbiya qarşılaşıb. Ankarada keçirilən görüşdə Serbiya yığması 3:2 hesabı ilə qalib gəlib. Bununla da onlar ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Avropa çempionu olublar.

Turnirin üçüncüsü Polşanı 3:0 hesabı ilə məğlub edən İtaliya yığması olub.

Qeyd edək ki, Arvopa çempionatında iştirak edən Azərbaycan millisi 1/8 finalda Bolqarıstana uduzaraq mübarizəni dayandırmışdı.

Final

Serbiya – Türkiyə - 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13)

Üçüncü yer uğrunda oyun

İtaliya - Polşa - 3:0 (25:23, 25:20, 26:24)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır