MÜSABİQƏ

"Qarabağ" Şimali İrlandiya çempionu ilə mübarizəyə çıxır
22 AVQUST
291

"Qarabağ" Şimali İrlandiya çempionu ilə mübarizəyə çıxır

2019-08-22 10:58:00

Bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsində 21 oyun keçiriləcək.

Fins.az xəbər verir ki, 42 komanda turnirin pley-off mərhələsində qruplarda mübarizə aparmaq üçün ilk oyunlarına çıxacaq.

Bu komandalardan biri də "Qarabağ" olacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 22:45-də Şimali İrlandiyanın paytaxtı Belfastın "Uindzor Park" arenasında yerli çempion "Linfild"lə qarşılaşacaq. 

Görüşü İsveçrədən olan Zandro Şerer idarə edəcək. Ona Ştefan de Almeyda, Bekim Zoqay və Fedayi San kömək etməyə çalışacaq.

Qeyd edək ki, cavab oyunu avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır