MÜSABİQƏ

Ronaldo: 40-41 yaşıma kimi futbol oynaya bilərəm
21 AVQUST
299

Ronaldo: 40-41 yaşıma kimi futbol oynaya bilərəm

2019-08-21 15:12:00

Juventus-un hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

Fins.az xəbər verir ki, 34 yaşlı hücumçu Portuqaliyanın TVI telenalına müsahibəsində gələn il futbolla vidalaşacağının mümkün olduğunu deyib:

"Hazırda bu barədə düşünmürəm. Olar bilər ki, karyeramı gələn il başa vurum. Bununla yanaşı, 40-41 yaşıma qədər oynamağım da mümkündür. Bilmirəm... Həmişə deyirlər ki, anlardan həzz almaq lazımdır. Mən də bunu davam etdirirəm".

Xatırladaq ki, Portuqaliya millisinin kapitanı klub səviyyəsində Sporting, Manchester United və Real-da da çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır