MÜSABİQƏ

PSG 55 illik rekordu təkrarladı
20 AVQUST
152

PSG 55 illik rekordu təkrarladı

2019-08-20 11:20:00

PSG Fransa Liqasında 55 illik rekordu təkrarlayıb.

Fins.az xəbər verir ki, bu, 2-ci turda Rennes-lə görüşdə qeydə alınıb. Paris təsmilçisi 1:2 hesabı ilə uduzsa da, ölkə çempionatında ardıcıl 40-cı oyununda meydanı qolsuz tərk etməyib.

Daha əvvəl bu göstəriciyə 1964-cü ildə Rasing nail olmuşdu. Komanda ardıcıl 40 oyunda fərqlənmişdi. PSG növbəti turda Toulouse-yə qarşı matçda da qol vursa, bu göstəricidəki rekordu təzələyəcək.

Qeyd edək ki, PSG – Toulouse matçı avqustun 25-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır