MÜSABİQƏ

Qarabağ-ın istədiyi qapıçı B seriyasına keçir
19 AVQUST
137

Qarabağ-ın istədiyi qapıçı B seriyasına keçir

2019-08-19 12:50:00

Qarabağ-ın maraq dairəsində olan Udinese-nin qapıçısı Simone Skuffet İtaliyada qalmaq qərarına gəlib.

Fins.az xəbər verir ki, 23 yaşlı qolkiper karyerasını B seriyasında davam etdirməyə hazırlaşır.

Məsələ burasındadı ki, Qarabağ və Belçika klubu Kortriyk-in təklifini geri çevirən Skuffet Spesia ilə ilkin razılığa gəlib. Həmçinin klublar da keçiddə ortaq məxrəcə gəliblər. Skuffetin yaxın günlərdə Spesia ilə 1 illik icarə müqaviləsi imzalaması gözlənilir.

Qeyd edək ki, Simone Skuffetin Udinese ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

matc.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır