MÜSABİQƏ

Barcelona Neymar üçün son təklifini edəcək
19 AVQUST
208

Barcelona Neymar üçün son təklifini edəcək

2019-08-19 12:44:00

Barcelona PSG-də çıxış edən Neymar üçün son təklifini etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, 27 yaşlı hücumçunun keçidi üçün danışıqları bu dəfə klubun prezidenti Xosep Mariya Bartomeu aparacaq.

Onun Neymarın transfer şərtlərini müzakirə etmək üçün Parisə gedəcəyi gözlənilir. Kataloniyalılar bu məsələnin müsbət yöndə həll olunacağına ümid edirlər.

Qeyd edək ki, braziliyalı oyunçu iki il əvvəl Barcelona-dan PSG-ə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Fransa çempionu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır