MÜSABİQƏ

Qarabağ Çempionlar Liqasında mübarizəni dayandırdı
14 AVQUST
126

Qarabağ Çempionlar Liqasında mübarizəni dayandırdı

2019-08-14 10:17:00

Qarabağ Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Kiprin APOEL klubunu qəbul edib.

Fins.az xəbər verir ki, komandalar arasında Kiprdə keçirilən qarşılaşma Qarabağ-ın 2-1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Ağdam klubu ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçsə də, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarmışdı.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsanini Tomas Doll əvəzləmişdi.

"Tofiq Bəhramov" stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. 34-cü dəqiqədə Vinsente Qarabağ-ın qapısına təyin olunan penaltini qola çevirib - 0:1.

Oyunun ikinci hissəsi Qarabağ-ın ardıcıl hücumları ilə başlasa da, fərqlənən tərəf qonaqlar olub. Matik 68-ci dəqiqədə hesab arasında fərqi artırıb - 0:2.

Yekun hesabda 2:3 uduzan Qarabağ Avropa Liqasının pley-off-unda Linfield (Şimali İrlandiya) – Sutjeska (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257