MÜSABİQƏ

"Qarabağ" yenidən "Seltik" və "Kopenhagen"lə qarşılaşa bilər
01 AVQUST
142

"Qarabağ" yenidən "Seltik" və "Kopenhagen"lə qarşılaşa bilər

2019-08-01 12:10:00

“Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Fins.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, püşkatmada “Slaviya” (Çexiya), “Yanq Boyz” (İsveçrə) və “Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün qalibi ilə birgə səpələnməmişlər səbətində yer alacaq.

“Qarabağ” Çempionlar yolunda səpələnmişlər səbətinə qərarlaşan 8 komandadan biri ilə qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇFR (Kluj, Rumıniya) – “Seltik” (Şotlandiya), PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya), ”Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferensvaroş” (Macarstan) və “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütlərinin qalibi ilə düşə bilər.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq. “Qarabağ” daha öncə ÇL-də “Seltik” və “Kopenhagen”lə qarşılaşıb. Ağdam təmsilçisi 2015/2016 mövsümdə Şotlandiya təmsilçisini keçə bilməyib (0:0, 0:1). Əvəzində 2017/2018 mövsümündə danimarkalıları mübarizədən kənarlaşdıraraq (1:0, 1:2) tarixində ilk dəfə ÇL-in qrupuna düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257