MÜSABİQƏ

"Neftçi"nin Avropa Liqasındakı rəqibi "Arsenal" oldu
19 İYUL
1180

"Neftçi"nin Avropa Liqasındakı rəqibi "Arsenal" oldu

2019-07-19 10:11:00

Neftçi" UEFA Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Fins.az-ın məlumatına görə, paytaxt təmsilçisi buna Moldova "Sperantsa"sını I raundun cavab matçında da məğlub etməklə nail olub. Səfərdə rəqibi 3 cavabsız qolla üstələyən "ağ-qaralar", evdə daha böyükhesablı qələbəyə seviniblər - 6:0.

"Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-cü dəqiqədə rəqib qapısına yol tapıb.

"Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır