MÜSABİQƏ

Azərbaycan millisinin Olimpiadaya lisenziya xarakterli turnir üçün heyəti açıqlanıb
12 İYUL
131

Azərbaycan millisinin Olimpiadaya lisenziya xarakterli turnir üçün heyəti açıqlanıb

2019-07-12 10:53:00

Qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

Fins.az məlumatına görə, baş məşqçi Covanni Kaprara 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turniri üçün “15-liy”i müəyyənləşdirib. 

Bu oyunçular Bakıda keçirilən təlim-məşq toplanışının yekununa əsasən seçilib. 

Azərbaycan millisinin heyəti: Leyla Parşkova, Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Kristsina Yaqubova, Polina Rəhimova, Şəfaqət Alışanova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Mariya Kiriliuk, Kseniya Pavlenko

Millimiz hazırda Bolqarıstanda hazırlığını davam etdirir. Komandamız daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunları da keçirəcək. 

Qeyd edək ki, təsnifat turniri avqustun 1-3-də Braziliyada olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271