MÜSABİQƏ

100 milyonluq təklifdən imtina etdi
09 İYUL
390

100 milyonluq təklifdən imtina etdi

2019-07-09 10:12:00
"Mançester Yunayted"dən ayrıldıqdan sonra hələ də özünə iş tapmayan Joze Mourinyo Çindən gələn təklifi rədd edib.
Fins.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Quanqzou Everqrande"dən gələn 88 milyon funt-sterlinqlik (100 milyon avro) təklifi qəbul etməyib.
Klub rəhbəri Hui Ka Yanla bir araya gələn Mourinyo transferlə bağlı detalları danışıb. 56 yaşlı mütəxəssisin ailəvi səbəblərdən dolayı Çinə getməyi qəbul etmədiyi bildirilib. 
Mourinyo "Mançester Yunayted"də illik 15 milyon funt-sterlinq qazanırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır