MÜSABİQƏ

Neymar yoxsa Mbappe?
24 MAY
175

Neymar yoxsa Mbappe?

2019-05-24 10:10:00

Bu yay Neymar və ya Kilian Mbappe PSJ-dən ayrıla bilər.

Fins.az xəbər verir ki, Paris klubunun aparıcı oyunçuları arasında ciddi fikir ayrılıqları yaranıb. Braziliyalı hücumçunun komandanın gənc oyunçuları tənqid edərək, onları az danışıb meydanda çox iş görməyə çağırmasından sonra fransalı futbolçu ilə münasibətləri gərginləşib. Çünki Mbappe bu sözlərin onun ünvanına deyildiyini düşünüb.

Mbappenin həmçinin hazırkı maaşından narazı olduğu vurğulanıb. O, hazırda Neymardan üç dəfə az maaş alır. 20 yaşlı hücumunun fikrincə, cari mövsüm öz oyunu ilə komandanın yüksək maaş almağa layiq biri olduğunu sübut edib. Qeyd olunub ki, ikili arasında münasibətlər o qədər mürəkkəb həddə çatıb ki, yayda onlardan biri PSJ-ni tərk edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263