KADR İŞİ

Vilayət Eyvazovdan yeni RƏİS TƏYİNATI
04 OKTYABR
158

Vilayət Eyvazovdan yeni RƏİS TƏYİNATI

2019-10-04 10:32:00

Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyib.

Qeyd edək ki, bundan əvvəl Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Bayram Mirzəyev olub. B.Mirzəyev Xətai Rayon Polis İdarəsinə təyinat alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır