KADR İŞİ

Rafael Cəbrayılovun mandatı ləğv edildi
02 OKTYABR
155

Rafael Cəbrayılovun mandatı ləğv edildi

2019-10-02 17:25:00

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK sədri Məzahir  Pənahovun sədrliyi ilə keçirilən  iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır