KADR İŞİ

"SOCAR Turkey"də yeni təyinat olub
11 SENTYABR
202

"SOCAR Turkey"də yeni təyinat olub

2019-09-11 17:49:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin Maliyyə və investisiya əlaqələri şöbəsinə yeni müdir təyin edilib.

“SOCAR Turkey”dən  verilən məlumata görə, bu vəzifəyə Mehmet Sezgin gətirilib.

Boğaziçi Universitetinin məzunu olan M.Sezgin bu sahədə 20 ilə qədər təcrübəyə malikdir. O həmçinin Fransada biznes idarəçiliyi üzrə magistr dərəcəsi (Master of Business Administration – MBA) alıb.

Xatırladaq ki, SOCAR Türkiyədəki törəməsi vasitəsi ilə “Petlim”, “Petkim”, STAR neft emalı zavodu və Trans-Anadolu Boru Kəməri (TANAP) layihələrinə, ümumilikdə, 14,2 milyard ABŞ dolları investisiya yatırıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır