KADR İŞİ

Daxili işlər orqanlarında yeni təyinatlar olub
10 SENTYABR
147

Daxili işlər orqanlarında yeni təyinatlar olub

2019-09-10 12:11:00

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Fins.az-ın Report-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatda Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Muhamməd Xamedov vəzifəsindən azad edilib.

O, həmin idarənin Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi təyin olunub.

Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi Hatəm Abdullayev isə Xaçmaz Dəmir yolu Polis Şöbəsinin rəisi təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır