KADR İŞİ

10 ciddi karyera səhvləri
09 SENTYABR
129

10 ciddi karyera səhvləri

2019-09-09 15:46:00

Karyeranın inkişafını donduran bəzi xüsusi vəziyyətlər və hallar mövcuddur. Onlardan bəziləri ilə tanış olaq:

1 . Siz eyni bir şirkətdə və ya eyni bir vəzifədə uzun müddət qalırsınız.

Eyni bir yerdə uzun müddət çalışmaq ciddi bir problem ola bilər. Tapşırıqlar adi, darıxdırıcı gəlir, siz inkişaf edə bilmirsiniz. Hələ bir risk də gözlənilir: sizdə belə bir fikir formalaşır ki, eyni bir məsələ üzrə ekspertsiniz. Sonra siz işinizi dəyişmək və ya rəhbər olmaq qərarına gəlsəniz bununla mübarizə aparmaq çətin olur. Hər şey insanın konkret rolundan və məqsədindən, həmçinin, vəziyyətlərdən asılıdır, amma müasir biznesdə eyni bir şirkətdə təxminən 6, eyni bir vəzifədə isə 2-3 il işləyirlər.

2 . Verilən imkanlardan istifadə etməyin.

Başqa ofisdə yeni rol. İddialı  amma çox qorxulu bir layihə. Başqa bir geoqrafiyaya keçid. İmkanlar olduqca həmişə risklər də olur, amma biz onları qəbul etməyə hazır deyilik. Hərçənd ki, onların arxasında adi testlər gizlənir: məsələn, rəhbərlik sonra sizi yüksəltmək üçün sizin inkişaf tapşırığının öhdəsindən necə gəlməyinizi yoxlayır.

3 . Başınızı qaldırmadan səylə çalışırsınız və sizi əməksevərliyinizə görə qiymətləndirəcəklərini gözləyirsiniz.

Uğur barədə bunun “yaxşı olmadığını” hesab edərək düşünmürsünüz və nəticələrinizin özünün hər şeyi deyəcəyini gözləyirsiniz. Bu isə düzgün yol deyil. “ Özləri gələcək və hər şeyi verəcəklər” ifadəsi karyerada ümumiyyətlə işləmir. Siz elə harda sizə rahatdırsa, orada da qalırsınız və bundan artıq nəyəsə nail olmursunuz.

4 . Fəaliyyətlə nəticələr arasında bərabərlik yaradın.

Sizin vəzifəniz işə getməkdən və təyin edilmiş vaxtda görüşlərdə olmaqdan ibarət deyil. Sizin işiniz nəticələr verməkdir. Sizin rolunuz və şirkət üçün nəticənin nə demək olduğunu müəyyən etmək qabiliyyəti uğurun minimum 50%-dir. Bunu isə tək-tək insan edir. Əksəriyyət prinsip olaraq belə hesab edir ki, məsələn satıcı kimi bəzi peşələrin nəticələri ola bilər, qalanlarında isə sadəcə “işi icra etmək” bəs edir. Bu isə illüziyadır…

İstənilən peşədə nəticə əldə etmək olar, lakin hər fəaliyyət nəticələr vermir və işini, ancaq vacib olanı maksimum dərəcədə etməyə görə münasib şəkildə qurmaq  karyera ustalığının göstəricisidir.

5 . “Network”( şəbəkə ) yaratmayın.

Kursların keçirilməsinə, diplomlar və sertifikatlar əldə etməyə çalışın. Amma  sizə maraqlı olan sahədə əlaqələr qurmayın. Təşkilatınız daxilində əlaqələr qurmayın. Sizin adınız yüksək rola namizədlər siyahısında yoxdur, haqqınızda yoldaşlarınız və rəhbərinizdən başqa heç kim bilmir. Ümumiyyətlə, əgər təşkilat daxilində yeganə dəstəkçiniz rəhbərinizdirsə, bu narahat olmağa əsasdır, çünki, o, istənilən vaxt gedə bilər və o zaman sizin münasibətləriniz dəyişəcək.

6 . Nüfuz və statusu qiymətləndirin.

Bununla çox vaxt biznes-məktəbin məzunları günah edirlər, amma zaman hər şeyi sağaldır. Fəaliyyətinizlə sizin üçün həqiqətən məna daşıyan dəyərlər arasında nə qədər az əlaqə olarsa işdən məmnunluq da bir o qədər az olacaq.

Şirkətin mədəniyyəti ilə sizin dəyərlərinizin üst-üstə düşməsinin vacibliyini də inkar etməyək. Şirkətin gördüyü işlər sizin tələbatlarınızla zidiyyət təşkil edirsə buna nə qədər göz yummağa çalışsanız da o, özünü göstərəcək.

7 . Sizi işinizdə çox tez yüksəldiblər – lazım olan reputasiya və biliyi qazanmağa imkan tapmadığınızdan qabaq.

Bu problem kənardan rəhbər təyin edilən vəziyyətlərə görə tipikdir, halbuki, komanda daxilində artıq çoxdan lider, qalan hamı üçün rol modeli formalaşıb. Ən rahat mənzərə – əvvəlcə rol modeli olub irəliyə doğru hərəkət etməyə hazır olduğunu sübut etmək və ancaq bundan sonra vəzifəni rəsmi tanıma. Meritokratik korporativ mədəniyyətlərdə inkişaf məhz belə qurulub: əvvəlcə bilik, sonra var olmaq.

8 . Siz belə hesab edirsiniz ki, təcrübə və bilik sayı qərar qəbul etmə bacarığı ilə birbaşa mütənasibdir.

Sizdən vəzifədə yüksək olan insanların fikrinə güvənirsiniz. Sizə elə gəlir ki, çox təcrübələri və bilikləri olduğuna görə onlar istənilən məsələdə sizdən daha yaxşıdırlar. Nəticədə siz daim məsləhət üçün  müraciət edirsiniz, onların fikrini öyrənirsiniz, öz həll yollarınızı təklif etmirsiniz və hər hansısa avtoritet birisi sizinlə razı olmadıqda və başqa təklif irəli sürdükdə öz fikrinizi asanlıqla dəyişirsiniz.

9 . Bacarıqlarınızı və ixtisasınız üzrə biliklərinizi daraldırsınız.

“Mən şəbəkə mühəndisiyəm və satış etməyi bacarmağa məcbur deyiləm”- deyə bir müştəri rezümedə yazır. Amma bu belə deyil. Şəbəkə qurmaq üçün fərq etməz şirkət daxilində, ya xaricində olsun, müştərini planınızın doğru olduğuna  inandırmaq, rəhbərliyin dəstəyini almaq və büdcə barədə razılığa gəlmək lazımdır. Bütün bunlar satışın mərhələləridir.

10 . Səhvlərinizi təhlil etmirsiniz və eyni çətinliklərlə dəfələrlə qarşılaşırsınız, təkrarlanan karyera zolağı üzrə hərəkət edirsiniz və buna görə məsuliyyəti də öz adınıza deyil ,vəziyyətlərə yazırsınız.

Bu səbəbdən biz hər hansısa bir insanın istənilən yerdə qorxunc, inadkar rəhbər, qısqanc iş yoldaşları və maraqsız, artmayan tapşırıqlarla qarşılaşma hallarına rast gəlirik.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır