KADR İŞİ

Maaşların kütləvi artımı zamanı mükafat nəzərə alınır?
06 SENTYABR
865

Maaşların kütləvi artımı zamanı mükafat nəzərə alınır?

2019-09-06 16:29:00

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 25 avqust 1999-cu il 137№-li qərarına əsasən əmsallaşdırma aşağıdakı kimi qeyd edilir:

Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.

Misal-1

 “A” büdcə təşkilatının Fariz adlı işçisi 500 manat maaş alır, amma ona hər rüb maaşının 30 faiz müqabilində əlavə mükafat verilir. Belə olan halda, mükafat faizlə olduğu üçün kütləvi artım zamanı, mükafat əmək haqqının üstündə nəzərə alınacaq.

Misal-2

“A” büdcə təşkilatının Rasim adlı işçisi 600 manat maaş alır. Novruz  bayramı  günü ilə əlaqədar ona təşkilat tərəfindən  200 manat mükafat verilir. Belə olan halda ona verilən 200 manat, kütləvi artım zamanı nəzərə alınmayacaq. NK qərarında məzuniyyət verilərkən nəzərə alınan və alınmayan ödənişlər var. Verilən mükafat nəzərə alınmayan ödənişlər siyahısına aid olduğundan, burada nəzərə alınmayacaq. 

Qeyd: Birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) nəzərə alınmayan ödənişlərə aiddi. 

Ətraflı: http://www.e-qanun.az/framework/3947

İqtisadçı-ekspert Rauf Qarayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır