KADR İŞİ

Əgər lider əmr etmirsə, bunu onun yerinə başqası edəcək
29 İYUL
173

Əgər lider əmr etmirsə, bunu onun yerinə başqası edəcək

2019-07-29 17:36:00
  1. Lider dəqiq göstərişlər verməlidir. Əgər liderin verdiyi tapşırıq qeyri-dəqiqdirsə, nəticə də belə olacaq. Nəticə başa düşülən olmalıdır: nə gözlənilir, hansı müddət ərzində və nəyə görə məhz bu tapşırığı yerinə yetirmək lazımdır. 
  2. Əgər lider əmrlər vermirsə, bunu başqası edəcək. İstənilən bir təşkilatda və ya şirkətdə belə hallar mənfi nəticələrə gətirib çıxarır. 
  3. Komandanın fəaliyyətsizliyi və gecikmələri dəqiqələrlə ölçülür, daha sonra isə bu dəqiqələr komanda üzvlərinin sayına vurulur. Məsələn, 10 nəfərlik qrupda bir saatlıq gecikmə 10 saata bərabərdir. 
  4. Əgər verilən tapşırığı yerinə yetirmək mümkün olmadısa, liderə bu barədə məlumat verilməlidir. 
  5. Tapşırığı yerinə yetirəndən sonra liderə hesabat təqdim olunmalıdır. Belə ki, tapşırıq yerinə yetirildiyi vaxtda hansısa dəyişikliklər baş verə bilər. 
  6. Komandada etimad olmalıdır. Vaxtında yerinə yetirilməmiş iş – etimad və reputasiya itkisidir. Əgər ofisdə olan printerlərdən biri işləmirsə, hamı başqalarından istifadə etməyə üstünlük verir. İnsanlarla da belədir. Əgər kimsə öz vəzifələrini yerinə yetirmirsə, həmin insana qarşı etimad azalır. 
  7. İnsana özünə görə yox, hərəkətlərinə görə qiymət verin. Şəxsiyyətin tənqidi dağıdıcıdır. Lider nəticələri korreksiya etməli, göstəricilərin yaxşılaşmasına nail olmalıdır. 
  8. Vəzifələr əvvəlcədən planlanmış vaxtda yerinə yetirilməlidir. Əgər hansısa işə 2 saat vaxt ayırırıqsa, 15 dəqiqə kifayət etməyəcək. Bütün maneələr bizim beynimizdədir. 
  9. İlk olaraq işçilərinizin işini təşkil etməlisiniz, sonra isə özünüzün. Rəhbərin əsas vəzifəsi qarşıya qoyulan tapşırıqların vaxtı-vaxtında yerinə yetirilməsidir. 
  10.  Heç vaxt nəyinsə  həvəskarı olmayın, hər zaman peşəkar olun. Və bütün vəzifələri yüksək səviyyədə yerinə yetirin.
  11.  Əgər lider göstəriş verdisə, ilk olaraq bu göstərişi yerinə yetirməlisiniz. Adətən rəhbər daha qabaqgörən olur, belə ki, işçi şirkətin fəaliyyəti barədə kifayət qədər məlumatlı deyil. “Niyə bu? Niyə indi?” kimi suallar işi ləngidir və effektivliyi aşağı salır. 
  12.  Əgər kimsə öz vəzifələrini yerinə yetirmirsə və lider buna yol verirsə, bütün komanda həvəsdən düşür. 

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257