İKT

2020-ci ildə qlobal server tədarükünün həcmi 5% artacaq
10 OKTYABR
63

2020-ci ildə qlobal server tədarükünün həcmi 5% artacaq

2019-10-10 13:19:00

2019-cu ildə qlobal server avadanlığı bazarında zəif dinamika müşahidə olunur. "Digitimes Research"in ekspertləri bunu müştərilərdə anbar ehtiyatlarının yüksək səviyyəsi ilə izah edirlər. Ancaq vəziyyət tədricən normallaşacaq və analitiklər 2020-ci ildə tələbatın bərpasını və serverlərin tədarük həcmində təxminən 5% artım olacağını gözləyirlər.

Fins.azik ictnews.az-a istinadən bildirir ki, ekspertlər 2019-dan 2024-cü ilədək server bazarında artımı təmin edəcək 3 əsas amili qeyd ediblər: hər şeydən əvvəl, bu, müəssisələrdə rəqəmli transformasiya, süni intellekt sistemləri tətbiqinin artması, həmçinin bulud məlumat mərkəzi operatorlarının hibrid bulud sistemlərini tanıtmaq cəhdidir. Bundan başqa, yeni nəsil "5G" şəbəkələrində məlumatların ötürülməsi həcminin artırılması əlavə stimul olacaq.

"Digitimes Research"ün proqnozuna görə, yaxın 5 ildə qlobal server tədarükü ildə orta hesabla 6,5% yüksələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır