İKT

Gələn ilin birinci rübündə iPhone'ların satışları 10% yüksələcək
10 OKTYABR
67

Gələn ilin birinci rübündə iPhone'ların satışları 10% yüksələcək

2019-10-10 13:12:00

TFI Securities şirkətinin məşhur analitiki Ming-Chi Kuo-nun proqnozlarına əsasən bu ilin birinci rübü ilə müqayisədə 2020-ci ilin birinci rübündə Apple şirkəti 10% daha çox iPhone sata biləcək. Bu əsasən iPhone 11-ə olan yüksək tələbatdan və alıcıların iPhone SE 2-ni gözləmələrindən irəli gələcək. Bu barədə 9to5mac saytı xəbər verib.

Fins.az technote.az-a istinadən bildirir ki, Apple şirkəti bu ilin sonundakı bayram günlərində ümumilikdə 70-75 milyon ədəd iPhone 11 və iPhone 11 Pro modelləri sata bilər. Bununla yanaşı analitkin gözləntilərinə əsasən Apple şirkəti ilin sonundakı bayram günlərinə kimi 40 milyon ədəd iPhone 11 Pro və iPhone 11 Pro Max modeli satacaq.

Bu isə keçən il həmin müddətdə satılmış 43 milyon ədəd iPhone XS və iPhone XS Max modellərinin göstəricilərindən aşağıdır. Öz proqnozlarında Ming-Chi Kuo onu da qeyd edib ki, onun fikrincə iPhone 11 modeli ilin sonundakı bayram günlərindən öncə iPhone XR-dən daha çox satılacaq. O, 37-40 milyon ədəd satılacaq iPhone 11 modeli gözləyir. Halbu ki, keçən il eyni müddətdə 25 milyon ədəd iPhone XR modeli satılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır