İKT

Bakıda internetdən ən çox bu rayonlarda istifadə olunur
10 OKTYABR
93

Bakıda internetdən ən çox bu rayonlarda istifadə olunur

2019-10-10 12:11:00

Bakıda internet istifadəçilərinin sayı çox olan rayonlar məlum olub.

Fins.az xəbər verir ki, paytaxt üzrə ən çox internetdən istifadə edən ilk üç rayonun adı açıqlanıb.

Məlumata görə, "Baktelecom"un xidməti ərazisinə daxil olan Yasamal, Nizami və Sabunçu rayonlarında internet abunəçilərinin sayı çoxluq təşkil edir.

Respublika üzrə isə "Aztelekom" abunəçilərinin sayı Abşeron rayonu, Gəncə şəhəri, Sumqayıt şəhərlərində daha çoxdur.

Nazirlik hazırda paytaxtda 17 park və məkanlarda “İctimai internet”in mövcud olduğunu da bildirib. Bunlar Dənizkənarı Milli Park – Bulvar, Dövlət Bayrağı Meydanı, Heydər Əliyev Mərkəzinin parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Sahil” bağı, “Sabir” bağı, “Xaqani” bağı, “Axundov” bağı, “Zabitlər” parkı, Qış parkı, “Hüseyn Cavid” bağı, “Səməd Vurğun” bağı, “Muğan” bağı, “Fashion Avenue”, “Dədə Qorqud” parkı, “İzmir” parkı, “Nərimanov” parkıdır.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır