İKT

Sensorlu cihazlar üçün yeni əməliyyat sistemi təqdim edildi
09 OKTYABR
78

Sensorlu cihazlar üçün yeni əməliyyat sistemi təqdim edildi

2019-10-09 12:39:00

Microsoft yeni Surface Neo planşeti ilə eyni vaxtda özünün Windows əməliyyat sisteminin (ƏS) yeni versiyasını təqdim edib.
Fins.az ted.az-a istinadən bildirir ki, yeni ƏS Windows 10X adını alıb. O, xüsusi olaraq Surface Neo kimi sensorlu cihazlar üçün hazırlanıb.
Yeni əməliyyat sistemində Microsoft istifadəçilərinin adət etdiyi "canlı plitələr" tətbiq edilməyib və "Start" menyusunun görünüşünü asanlaşdırılıb.
Təqdimatda, həmçinin bildirilib ki, Windows 10X özünün Win32 əlavələrini işə sala bilər, buna görə də Windows 10X-da ofis paket proqramları ilə bağlı problemlər yaranmamalıdır.
Ümumilikdə, Windows 10X sensor ekranlar üçün tam uyğunlaşdırılıb və gələcəkdə onunla yalnız yenilikçi Surface Neo-da deyil, həm də ASUS, Acer, Dell, HP və Lenovo kimi şirkətlərin digər qurğularında da qarşılamaq mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır