İKT

ABŞ “Huawei”in Avropadakı rəqiblərini dəstəkləmək niyyətindədir
08 OKTYABR
88

ABŞ “Huawei”in Avropadakı rəqiblərini dəstəkləmək niyyətindədir

2019-10-08 14:37:00

ABŞ hökuməti 5G rabitə texnologiyaları üzərindəki çalışmalarda şəksiz liderliyə yiyələndiyinə görə təhlükə mənbəyi olaraq gördükləri “Huawei” şirkətinin Avropadakı rəqiblərinə maliyyə dəstəyi variantlarını araşdırır.

Fins.az xəbər verir ki, Vaşinqton rəsmiləri “Nokia”, “Ericsson” kimi tanınmış şirkətlərə dəstək kreditləri ayırmağı təklif ediblər.

“Biz telekomunikasiya avadanlığının istehsalı sahəsindəki üstünlüyümüzü onillərlə bundan əvvəl əldən vermişik və indi artıq milli təhlükəsizlik baxımdan bunun qüsurlu ola biləcəyini başa düşürük. Hazırda az qala hər rəsmi idarə bu oyuna qayıtmaq üçün yollar axtarmaq təlaşı içindədir. Bunu etməsək, “Huawei” tezliklə 5G şəbəkələrini quraşdırmaq istəyənlər üçün yeganə seçim ola bilər”, – deyə hökumətdəki mənbə fikrini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır