İKT

Xiaomi 4 arxa kameralı yeni Redmi smartfonunun təqdimatına hazırlaşır
08 OKTYABR
86

Xiaomi 4 arxa kameralı yeni Redmi smartfonunun təqdimatına hazırlaşır

2019-10-08 12:04:00

Xiaomi şirkəti öz Twitter hesabında təqdimata hazırlaşan yeni smartfon modelinin tizer fotosunu təqdim etməklə Xiaomi pərəstişkarlarının maraqlarını özünə çəkib.

Fins.az technote.az-a istinadən bildirir ki, tizer fotodan da görmək olar ki, smartfon təkmilləşdirilimiş kameraya və uyğun qiymət göstəricisinə sahib olacaq. Bu barədə 4pda saytı xəbər verib. Şirkət bildirib ki, yaxın zamanda 4 kamera moduluna sahib yeni smartfon satışa çıxacaq. Şirkətin təqdim etdiyi tizer fotosu da bunu təsdiqləyir. Belə ki, həmin fotoda "hər kəs üçün 4 kamera" cümləsi əks edilib. Həmin cümlədən də belə qənaətə gəlmək olar ki, smartfon yüksək qiymətə satılmayacaq. Həmçinin fotoya əsasən yeni smartfon Redmi brendi altında satışa çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır