İKT

Samsung Galaxy Fold-un inanılmaz qiyməti... Təxminən 5000 dollar!!!
19 SENTYABR
634

Samsung Galaxy Fold-un inanılmaz qiyməti... Təxminən 5000 dollar!!!

2019-09-19 18:02:00

Qatlana bilən Samsung Galaxy Fold smartfonu hələlik yalnız Cənubi Koreya bazarında mövcuddur. Cihazın rəsmi dəyəri 2010 dollardır, eyni zamanda birinci partiyanın həcmi şayiələrə görə, cəmi 1000 ədəd təşkil edir.

Fins.az TEd.az-a  istinadən xəbər verir ki, əgər belə bir vəziyyət digər ölkələrdə də meydana gəlirsə, “boz” bazarda nə baş verə biləcəyini təxmin etmək çətin deyil. Və bu “boz” bazar Honkonqda artıq formalaşıb. Xəbər verildiyi kimi qeyri-rəsmi Galaxy Fold üçün 4855 dollar tələb olunur!

Mənbə iddia edir ki, Samsung-un yeniliyini bu qiymətə Honkonqda bir neçə mağazada tapmaq mümkündür. Bu nüsxələrin aqibəti hələ ki, məlum deyil, lakin satıcıların smartfonlarını bu cür inanılmaz qiymətə satmağa çalışmaları üçün cəmi bir neçə gün vaxt var, çünki artıq sentyabrın 18-də cihaz başqa bazarlarda da peyda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır