İKT

İPhone 11-in əfsanəvi özəlliyi digər iPhone-larda
19 SENTYABR
459

İPhone 11-in əfsanəvi özəlliyi digər iPhone-larda

2019-09-19 18:01:00

Apple-ın sentyabrın 10-da təşkil etdiyi təqdimat tədbirində iPhone 11-in kamera xüsusiyyətləri mövzusunda ən əsas yeniliklərdən biri də, birdən çox kamerada eyni anda çəkiş qabiliyyətinin olmasıdır. Artıq bu yenilikdən köhnə iPhone modellərinin istifadəçiləri də yararlanacaq.

Fins.az-ın TED.az-a istinadən verdiyi məlumata əsasən, bu həftə təqdim olunacaq olan iOS 13 versiyasında,  iPhone 11-in kameraları eyni anda işlətmə özəlliyini iPhone XR, iPhone XS, iPhone XS Max və 2018 iPad Proya gələcək. Yəni bu özəllikdən yararlanmaq üçün  iPhone 11 seriyasına keçmək lazım deyil.

 

Apple bu xüsusiyyəti iOS 13-də bir API ilə təmin edir. Bu özəllik ön kamera ilə özünüzü, əsas kamera ilə də digər görüntülər çəkməyə imkan verir.  Bu, xüsusilə də Vlog çəkənlər üçün çox yararlı bir yenilikdir.

 

Qeyd edək ki, İPhone XS eyni anda yalnız iki kameradan, iPhone 11 isə eyni anda üç kameradan istifadə edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır