İKT

Xiaomi yeni televizorlarını tizerdə nümayiş etdirib
19 SENTYABR
127

Xiaomi yeni televizorlarını tizerdə nümayiş etdirib

2019-09-19 17:59:00

Xiaomi sentyabrın 24-də öz məhsullarının böyük təqdimatını keçirəcək. Burada  Mi 9 Pro 5G smartfonu, yeni aksessuarlar və televizorlar nümayiş etdiriləcək.

Çin televizor bazarının lideri yeni modellərinə həsr olunmuş tizer nəşr edib. Təsvirdə 55 və 65 düym ekranlı iki model nümayiş olunub.

Fins.az  xəbər verir ki, 43 düym ekranı olan bir versiyanın təqdim ediləcəyi gözlənilir, lakin bu versiya Mi TV Pro seriyasına aid olmayacaq.

Xiaomi sentyabr ayının 24-dək gələcək yeniliklər üçün ilkin sifarişləri qəbul edəcək.

Sifarişin rəsmiləşdirilməsi üçün qabaqcadan 15 dollar ödəniş etmək lazımdır və bu televizora 55 dollar dəyərində saundbar şəklində hədiyyə zəmanət verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır