İKT

Lenovo Carme ağıllı saatını istehsal etdi
19 SENTYABR
109

Lenovo Carme ağıllı saatını istehsal etdi

2019-09-19 17:17:00

Çinin Lenovo Group Limited şirkəti yeni "ağıllı" saatlar istehsal edib. Artıq Lenovo Carme-ni Hindistan bazarında satın almaq mümkündür, burada onun dəyəri 50 dollar təşkil edir. "Ağıllı" Lenovo Carme saatı 1,3 düymlük sensor ekranlı 2,5 D-şüşəyə malikdir.

 

Fins.az TED.az-a istinadən xəbər verir ki, cihaz çoxfunksiyalıdır və tələbkar istifadəçiləri təmin edə bilər. Mövcud smart saatın mövcud imkanları arasında nəbz və addımölçən, zəngli saat və saniyəölçən, hava proqnozu və yuxu nəzarətinin göstərilməsi funksiyası var. Həmçinin Lenovo Carme-də sahibini daxil olan və buraxılmış zənglər və ya SMS-mesajlar barədə xəbərdar etmək imkanı mövcuddur. Yenilik suya davamlıdır və onun avtonom işi 7 günə qədər davam edə bilər.

İstehsalçının sözlərinə görə, saat Android və iOS ilə işləyə bilər. Lenovo Carme həcmi 200 mAh olan akkumulyator batareyası ilə təchiz edilib. Müştərilər iki – yaşıl və ya mavi kəmər rəngini seçə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır