İKT

Huawei Watch GT 2-nin təqdimat videoçarxı yayımlandı – VİDEO
19 SENTYABR
98

Huawei Watch GT 2-nin təqdimat videoçarxı yayımlandı – VİDEO

2019-09-19 16:50:00

Huawei şirkəti tərəfindən yaradılan Harmony OS əməliyyat sistemindən istifadə edən ilk ağıllı saat olacaq Watch GT 2-nin təqdimat videoçarxı internetə sızdırılıb.

Fins.az-ın TED.az-a istinadən verdiyi məlumata görə, ağıllı saat bir müddət əvvəl təqdimatı reallaşan FreeBuds 3 kabelsiz qulaqlıq modelində istifadə olunan Kirin A1 prosessorundan enerji alacaq.

Videoçarxda ağıllı saatın əvvəlki modeldə olduğu kimi, yürüş, üzgüçülük və müxtəlif gimnastika hərəkətlərini təqib etmə xüsusiyyətlərinin olacağı bildirilir.

İdman və ve klassik olmaqla iki fərqli qayışa sahib modelin enerji sərfiyyatının 445 amper olacağı təxmin edilir.

Saatla bağlı digər iddia da mikrofon və səsgücləndiriciyə sahib olacağıdır. Bunun sayəsində öncəki modeldə yer almayan zəng funksiyasının Huawei Watch GT 2-də olacağı təxmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır