İKT

Xiaomi-nin bu modelləri sentyabrın 24-də debüt edəcək
19 SENTYABR
145

Xiaomi-nin bu modelləri sentyabrın 24-də debüt edəcək

2019-09-19 16:34:00

Xiaomi şirkəti yeni məhsullarının təqdimat tarixini bəyan edən tizerləri açıqlayıb.

Çin markası sentyabr ayının 24-də 5G dəstəyi ilə Mi 9 Pro və Mi MİX smartfonlarını, həmçinin MIUI 11 qabığını təqdim etməyi planlaşdırır. "Pro" prefiksini almış Mi 9 aparatının təkmilləşdirilmiş versiyası 6,39 düym ekran, 48/8/13 Mp sensorları olan üçlü kamera alacaq.

Fins.az TED.az-a xəbər verir ki, Smartfon Snapdragon 855 plus prosessoruna əsaslanır, 45 Vt sürətli simli və 30 Vt simsiz enerji toplama texnologiyasını dəstəkləyir. Mi 9 Pro cihazı RAM/ROM ilə üç versiyada olacaq: 6/128 GB, 8/256 GB və 12/512 GB. Sentyabrın 24-də Xiaomi-nin daha bir yeniliyinin - Mi MİX smartfonunun debütü gözlənilir.

                                                                    

Qacet minimal çərçivələrlə 6,39-düymlük AMOLED ekran alacaq. Cihazın əsası 12 GB RAM ilə SoC Snapdragon 855 Plus olacaq. Yenilikdə 1 TB daxili saxlama yaddaşı təklif olunur.

Çin istehsalçısının hər iki yeniliyi 5G şəbəkələrinə dəstək verəcək. Smartfonların satış qiymətləri hələ açıqlanmayıb. Mobil cihazların təqdimatının bir hissəsi olaraq, şirkət MIUI 11 markalı qabığını və 8k göstərici ilə Mi TV Pro xəttini təqdim edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır