İKT

Xiaomi-nin üç yeni büdcə smartfonu sentyabr ayında nümayiş olunacaq
17 SENTYABR
70

Xiaomi-nin üç yeni büdcə smartfonu sentyabr ayında nümayiş olunacaq

2019-09-17 10:19:00

Məşhur Xiaomi markası sentyabr ayında eyni zamanda üç büdcə smartfonu buraxmağı planlaşdırır. Onlar yaxın vaxtlarda bazara daxil olacaqlar.

Fins.az xəbər verir ki, bir müddət əvvəl Redmi Note 8 smartfonunun modeli və onun təkmilləşdirilmiş məhsuldar "böyük" komplektəşməsi anons edilmişdi. Ekspertlər isə  əvvəllər də  Redme 8, Redmi 8A və Xiaomi Mi 9 Lite kimi modellərin yaxın zamanda təqdimatının gözlənildiyini qeyd ediblər. Qacetlərin sonuncusu – Xiaomi SS9 artıq Çinin yerli bazarında uğurla satılır.

Smartfon sertifikatlaşmadan keçib ki, bu da qacetin satışının başlanğıc tarixinin yaxınlaşmasına dair şayiələri təsdiqləyir. Çin brendinin planlarına, həmçinin Redmi Note 8 Pro-nun təkmilləşdirilmiş smartfonunun təqdimatı da daxildir. Bu model daha müasir xüsusiyyətlərə malikdir.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır