İKT

Samsung, Huawei, Xiaomi, Apple və Nokia – Avropa smartfon bazarının lideri bu şirkətlərdir
16 SENTYABR
131

Samsung, Huawei, Xiaomi, Apple və Nokia – Avropa smartfon bazarının lideri bu şirkətlərdir

2019-09-16 17:39:00

ABŞ-ın sanksiyaları bu regionda da şirkətlərin satışına təsir edib

Bu günlərdə CounterPoint 2019-cu ilin ikinci rübündə Mərkəzi və Şərqi Avropada smartfon bazarında olan vəziyyət haqqında hesabat dərc edib. Samsung, Huawei və Xiaomi lider üçlüyündə qalmaqda davam ediblər.

Fins.az Ted.az-a istinadən xəbər verir ki, göstərilən üç marka son üç rübdə eyni mövqeləri tutur. Belə ki, 2019-cu ilin ikinci rübündə, Mərkəzi və Şərqi Avropanın smartfon bazarının 40%-i Samsung-un payına düşüb. İkinci yer 20% payı ilə Çin smartfon markası Huawei-ə məxsusdur (Honor ilə birlikdə). Lakin Huawei-ın payı birinci rüblə müqayisədə kəskin şəkildə - 26% azalıb. ABŞ-Çin müharibəsinin şirkətin bu regionda da satışına təsir etdiyini təxmin etmək çətin deyil.

Samsung-un məhsuldarlığını şərh edən tədqiqat direktoru Peter Riçardson (Peter Richardson) qeyd edib: "Huawei-in (o cümlədən Honor-un) çökməsi Samsung-un işinə yaradı – Samsung smartfon çeşidlərini təklif edib boşluqları doldurmağı hədəflədi. Yenilənmiş A seriyası Samsung üçün ən uğurlu oldu. Samsung-un tədarükünün təxminən 70%-ni A-seriya təşkil edirdi. Üçqat kamera, ekrandakı barmaq izləri, mükəmməl quruluş keyfiyyəti, AMOLED ekranı və daha bu kimi xüsusiyyətlər, rəqabət qabiliyyətli qiymətlərlə A seriyasına bazarda əhəmiyyətli bir pay almağa kömək etdi. Samsung Galaxy A50 ən uğurlu model idi".

Çin markası Xiaomi 11% ilə üçüncü sırada gəlir. Bazarda Huawei-in payının azalması Xiaomi-nin də xeyrinə işləyib. Apple və Nokia müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır