İKT

Son nəsil İPad Pro 200 dollar ucuzlaşıb
16 SENTYABR
157

Son nəsil İPad Pro 200 dollar ucuzlaşıb

2019-09-16 17:32:00

Bəziləri 10 sentyabr tarixində Apple-ın iki planşet – iPad və iPad Pro-nu təqdim edəcəyini gözləyirdilər, lakin istehsalçının öz planları var və o, yalnız ən ucuz iPad-in yeni nəslini göstərdi.

Fins.az TED.az-a istinadən xəbər verir ki, ilin sonuna qədər yeni iPad Pro-nun da nümayiş olunacağı gözlənilir, lakin bunun 2020-ci ilin əvvəlində baş verəcəyi istisna edilmir.

Hələlik isə Apple yalnız iPad Pro planşetinin qiymətini endirib, həm də endirim yalnız 1 TB yaddaşından başlayan ən bahalı modifikasiyaya aid edilir. İndi o, satışların başlanğıcında olduğundan 200 dollar daha ucuz qiymətə təklif olunur.

Hazırda 11 düymlü peşəkar planşet versiyasının qiyməti 1350 dollar təşkil edir, 12,9-düymlük versiya isə 1550 dollara başa gəlir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır